Rusiya və Suriya xarici işlər naziri Moskvada görüşüblər
Moskvada rəsmi səfərdə olan Suriya xarici işlər naziri Feysəl Miqdad rusiyalı həmkarı Seregey Lavrola görüşüb.
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, Rusiya və Suriya XİN rəhbələri iki ölkə arasında əlaqələri, bu əlaqələrin genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələləri müzakirə ediblər.
Suriyanın xarici işlər naziri terrorla mübarizədə Rusiyanın Suriyaya verdiyi dəstəyə görə, təşəkkür edib.
Qeyd edək ki, bu səfər Suriyanın yeni xarici işlər naziri Feysəl Miqdadın ikinci xarici səfəridir.
Feysəl Miqdad birinci səfərində Tehranda İran rəsmislərilə görüşlər keçirmişdi.