Rusiya: Vyanada razılığa gəlmək şansları çox yüksəkdir
Rusiyanın Vyana danışıqlarındakı əsas müzakirəçisi 2015-ci ildəki öhdəlikləri canlandırmaq üçün razılığa gəlmək şansının çox yüksək olduğunu bildirib.
“Düzünü desəm, mən indiki mərhələdə nisbətən nikbinəm və şübhə üçün heç bir obyektiv səbəb görmürəm.” – deyə Mixail Ulyanov “Foreign Policy” nəşrinə bildirib,
O, buna zəmanət verə bilməyəcəyini deyib, lakin əlavə edib: “İnanıram ki, şanslar çox yüksəkdir, çünki uğur (danışıqlar) üçün müqəddimə şərtlər var. İran və ABŞ daxil olmaqla, bütün ölkələr, bütün iştirakçılar nüvə sazişini canlandırmağa çalışırlar.”
Ulyanov bu arada vurğulayıb ki, İranın nüvə sahəsində irəliləyişinə baxmayaraq, indi onu təhdid etməyin vaxtı deyil. O, Vyana danışıqlarına Qərbin təzyiqlərinə reaksiya verərək, 2015-ci ildəki öhdəlikləri canlandırmaq üçün razılaşmanın lazım gəldiyini, lakin heç bir süni müddətin təyin edilməməli olduğunu bildirib.
Rus diplomat əlavə edib: Qərbin təcililik hissi bir qədər şişirdilmişdir. Təcili məsələdir, amma diqqətli olaq və süni müddətlər qoymayaq.