Rusiya xarici borcu üzrə DEFOLT ELAN ETDİ
Publika.az xəbər verir ki, bu barədə “Standard & Poor’s” reytinq agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, Rusiya aprelin 4-də ödəniləcək dollarlıq iki istiqraz üzrə ödənişi rublla etməyə çalışıb, bu isə “seçilmiş defolt”a bərabərdir.
Agentlik bildirir ki, seçilmiş defolt bütün borc üzrə deyil, konkret öhdəliklərin yerinə yetirilməməsinə görə elan edilir.
Moskvanın kapital və faizlərin ödənilməsi üçün aprelin 4-dən 30 günlük güzəşt müddəti var. Lakin “Standard & Poor’s” Qərbin Rusiyaya qarşı sanksiyalarını nəzərə alaraq dollara konvertasiyanı gözləmir.
Publika.az