Rusiya XİN: “Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində addımlar atılır”

Rusiya XİN: “Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində addımlar atılır”

“Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz Cənubi Qafqazda sərhəd mübahisələrinin həlli, nəqliyyat yollarının açılması istiqamətində çalışırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin tərəflərin sorğusu ilə Rusiyanın da dəstəyilə delimitasiyası, sonra isə demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq istiqamətində işlər görülməlidir” – deyən Rusiya rəsmisi sözügedən komissiyaya hər ölkədən nümayəndə heyətlərinin tezliklə təyin olunmasını gözlədiklərini diqqətə çatdırıb.

O həmçinin bildirib ki, üçtərəfli işçi qrup çərçivəsində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün səylər davam etdirilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + eight =