Rusiya XİN diplomatın Şimali Makedoniyadan qovulmasına cavab verəcəyinə söz verib
Rusiya Xarici İşlər Nazirliyi, rusiyalı diplomatın Şimali Makedoniyadan qovulmasına cavab verəcəyini vəd edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik, diplomatın ölkədən çıxarılmasını dostcasına atılmayan addım adlandırıb.
“Rusiya-Şimali Makedoniya münasibətlərinə təsir edəcək bu cür motivə edilməmiş hərəkətləri qətiyyətlə pisləyirik. Cavab tədbirləri görüləcək”, açıqlamada deyilir.
Salamnews