Rusiya XİN: Qazaxıstandakı hadisələr ölkənin bütövlüyünə xaricdən qəsddir

Rusiya XİN: Qazaxıstandakı hadisələr ölkənin bütövlüyünə xaricdən qəsddir

 Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

“Rusiya KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiq edərək Qazaxıstanda zorakılığın artması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin qəbul olunmasını dəstəkləyib. Bu ölkədə baş verən hadisələri xaricdən əvvəlcədən hazırlanmış və mütəşəkkil silahlı qruplaşmaların istifadəsi ilə Qazaxıstanın bütövlüyü və təhlükəsizliyinin zorakı yolla pozulması cəhdi kimi qiymətləndiririk”, – bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiya Qazaxıstanla və digər müttəfiqləri ilə ölkədə antiterror əməliyyatının keçirilməsinə köməklə bağlı məsləhətləşmələr aparacaq.

Nazirliyin bəyanatında deyilir ki, Moskva Qazaxstanda normal həyatın tezliklə bərpasında maraqlıdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 1 =