Rusiya XİN: Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə inkişaf edir

Rusiya XİN: Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə inkişaf edir

 Bu gün Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 29 il keçir. Rusiya-Azərbaycan əməkdaşlığı hər istiqamətdə getdikcə inkişaf edir.

Bu barədə açıqlama Rusiya Xarici İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü münasibəti ilə yayımlanıb.

“Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, bunu ali və yüksək siyasi səviyyələrdə ikitərəfli təmasların statistikası göstərir. Ötən müddət ərzində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında 100-dən çox müxtəlif formatlarda danışıqlar aparılıb.

Hökumət xətti, parlamentlər səviyyəsində, nazirlik və idarələr arasında aktiv işlər aparılır, bu da Cənubi Qafqazda və Xəzər bölgəsində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verir”, – açıqlamada deyilir.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =