Rusiya XİN: Ukraynanın NATO-ya üzv olması ölkənin cənub-şərqində gərginliyə səbəb ola bilər

Rusiya XİN: Ukraynanın NATO-ya üzv olması ölkənin cənub-şərqində gərginliyə səbəb ola bilər

Ukraynanın NATO-ya üzv olması ölkənin cənub-şərqində geniş miqyaslı  eskalasiyaya və Ukrayna dövlətçiliyi üçün geridönülməz nəticələrə səbəb ola bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

“Dünən Donbasa səfər edən Ukrayna Prezidenti Zelenskinin, ölkənin NATO-ya üzv olmasının bölgədəki münaqişənin sona çatmasına səbəb olacağı ilə bağlı açıqlamasına diqqət çəkdik. İttifaqa üzvülülük Kiyevin gözlədiyi kimi Ukraynaya nəinki sülh gətirməyəcək, əksinə  cənub-şərqdə vəziyyətin geniş miqyasda kəskinləşməsi və Ukrayna dövlətçiliyi üçün geri dönməz nəticələrə səbəb ola bilər”, o bildirib.

Zaxarova, Donbasdakı vəziyyətin mürəkkəb və kəskinləşməyə meylli olduğunu qeyd edib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + twenty =