Rusiyada 27 yaşayış məntəqəsində yanğın olub, 7 nəfər ölüb, 2 yaralı var
Rusiyanın Krasnoyarsk diyarının Şarıpovsk rayonunda yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin yerli iradəsindən bildirilib.
Məlumata görə, ərazidə ibtidai istintaq üçün yoxlama təşkil olunub və İstintaq Komitəsinin əməkdaşları fəaliyyət göstərir.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, hazırda Krasnoyarsk diyarında yanğın 16 yaşayış məntəqəsində 200-ə yaxını tikilini, bir neçə mişar dəyirmanını, uşaq bağçasını əhatə edib.
Başqa məlumata əsasən, Rusiyanın Kemerovo vilayəti Tyajinsk dairəsinin İtatsk, İzındayevo və Listvyanka yaşayış məntəqələrində 50-dən çox ev yanıb. Yerli bələdiyyədən qeyd olunub ki, yanan evlərin sayı dəqiqləşdirilir.
Yanğının söndürülməsinə 14 yanğınsöndürən maşın və 2 yanğınsöndürən qatar, Rusiya qvardiyasının 1 Mi-8 helikopteri cəlb edilib. Sakinlər hadisə yerindən təxliyə olunub.
11:54
Rusiyanın Omsk vilayətinin 8 yaşayış məntəqəsində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu vilayətin başçısı Aleksandr Burkov bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, yanğına güclü külək səbəb olub.
Bundan başqa, Krasnoyarsk ərazisində də 5 min hektar ərazidə, 55 tikilidə yanğın baş verib. Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss yanğınlarla əlaqədar region üzrə fövqəladə vəziyyət rejimi elan edib.
Report.az