Rusiyada aviabazaya PUA düşüb, xəsarət alanlar var

Rusiyada aviabazaya PUA düşüb, xəsarət alanlar var

Bu gün səhər saatlarında Rusiyanın Saratov vilayətində strateji əhəmiyyətli “Engels” aviabazasının uçuş-enmə zolağına naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. 

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 “Tu-95” bombardmançı təyyarə sıradan çıxıb, Rusiya Müdafiə Nazirliyinin 2 hərbçisi yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Rusiyanın Ukrayna ərazisini, əsasən, həmin aviabazadan raket atəşinə tutduğu, bu səbəbdən hücuma məruz qaldığı ehtimal olunur.  

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =