Rusiyada beş nəfər yanaraq ölüb
Rusiyanın Kostroma şəhərində yerləşən əyləncə mərkəzlərinin birində baş verən güclü yanğın beş nəfərin ölümünə səbəb olub.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.
Yanğına beş ballıq şkala ilə 3-cü dərəcəli çətinlik dərəcəsi verilib.
Report.az