Rusiyada bombalı terror aktının qarşısı alındı

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiyanın Tambov şəhərində terror aktının hazırlanmasında şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat verib.
“FTX tərəfindən Tambov şəhərində terror aktının qarşısı alınıb. Sözügedən cinayətin hazırlanmasında əli olan 2003-cü il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, – deyə qeyd edilib.
Bildirilib ki, şübhəli partlayıcı qurğunu internetdən əldə etdiyi təlimatlar əsasında hazırlayıb. Ondan partlayıcı və bombanın hazırlanması üçün komponentlər müsadirə edilib.