Rusiyada deputat öldürüldü
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra diyarı) Dumasının deputatı Aleksandr Kolodiçin meyiti Yeni Moskva rayonunda aşkarlanıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Deputatın meyiti Yeni Moskvada fərdi evin zirzəmisində tapılıb. Onun bədənində zorakılıq izləri aşkar edilib.
Deputatın həyat yoldaşı da bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qətldə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS