Rusiyada FTX-nin binasında yanğın olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov vilayəti üzrə Sərhəd İdarəsinin binasındakı yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yanğından əvvəl ərazidə partlayış səsi eşidilib.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Report.az