Rusiyada gəmi təmiri zavodunda yanğın baş verib, xəsarət alanlar var

Rusiyada gəmi təmiri zavodunda yanğın baş verib, xəsarət alanlar var

Rusiyanın Kareliya Respublikasındakı “Oneqa” gəmiqayırma və gəmi təmiri zavodunda qaz balonu partlayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Artur Parfençikov bildirib.

Yanğın zamanı 3 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları araşdırılır.

Yanğının sahəsi 1500 kv. m təşkil edir. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Xilasedicilər kvadrokopterlərin köməyi ilə zavod ərazisini yoxlayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 1 =