Rusiyada helikopter radardan itib

Rusiyada helikopter radardan itib

Rusiyanın Kamçatka bölgəsində “Robinson” helikopteri radardan itib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, radardan itən helikopterin göyərtəsində üç nəfərin olduğu bildirilib.

Qeyd olunub ki, ilkin məlumatlara görə, helikopter Uzon vadisindən havaya qalxaraq Milkovo kəndinə doğru gedib. Təyin olunmuş vaxtda helikopter əlaqəyə çıxmayıb.

Aviasiya xidmətləri helikopterin məcburi və ya qəza enişi edə biləcəyini istisna etməyib. Helikopterin axtarışına Kamçatkada gün açılan kimi başlanılacaq. Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib.

Radardan itən helikopterin sükanı arxasında rusiyalı biatlonçu İqor Malinovskinin olduğu bildirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 13 =