Rusiyada memarlıq üslubu hamını təəccübləndirən məscid – Foto
Rusiyanın Ufa şəhərinin “Lalə Tulpan” məscidi maraqlı və özünəməxsus memarlıq üslubu ilə bütün turislərin təəccüb və heyrətinə səbəb olur.
Rusiyanın böyük məscidlərindən biri olan və Lalə gülü qönçəsi formasında inşa edilən “Lalə Tulpan” məscidi bənzərsiz memarlıq üslubu ilə dünyada məşhurdur.
Bu məscid memarlıq modelinə görə həm də Ufa şəhərinin turizm cazibələrindən biridir.
Məsciddə eyni zamanda 1000 nəfər namaz qıla bilər.
Məscidin 53 metrlik əkiz minarəsi var.
Dizaynı Vakil Davlyatşin tərəfindən hazırlanan bu məscid 1990-1998-ci illərdə başa çatıb.
Məscidin açılışında 2001-ci ildə Rusiya prezidenti Vladimir Putin və bir sıra siyasi, ictimai və dini şəxsiyyətlər iştirak edib.
Iqna.ir