Rusiyada “MiQ-31” qırıcı qəzaya uğrayıb

Rusiyada “MiQ-31” qırıcı qəzaya uğrayıb

Rusiyanın Kamçatka diyarında “MiQ-31” qırıcı təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb.

“Report” xəbər verir ki, məlumatı Rusiyanın Sakit Okean Donanması yayıb.

Bildirilib ki, təyyarə döyüş komplekti olmadan uçuş tapşırığı yerinə yetirib.

Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib.

Hadisənin səbəbi və şəraiti araşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 − 1 =