Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

Hazırda Rusiyada miqrasiya sahəsində hazırlanan yeni qanun əcnəbilərin ölkəyə girişinə, qalmasına və işləməyinə təsir edəcək, sənəd 2024-cü ildə qüvvəyə minə bilər.

Bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəis müavini Kirill Adzinov bildirib.

“Miqrasiya sahəsində qaydaları kökündən dəyişəcək böyük bir qanun hazırlayırıq. Bu, xarici vətəndaşların girişi, qalması, işləməsi ilə əlaqədar hüquqi məsələlərə təsir edəcək və hazırda qüvvədə olan bir sıra aktların ləğvinə səbəb olacaq. Plana görə, müvafiq qanun 2024 -cü ildə qüvvəyə minməlidir”, – deyə Adzinov tibbi və səhiyyə turizmi üzrə beynəlxalq konqresdə bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =