Rusiyada radardan itən təyyarə tapılıb
Ötən gün Rusiyanın Xabarovsk vilayətində radardan itən və bu gün qalıqları aşkarlanan An-26 təyyarəsinin altı ekipaj üzvünün hamısının həlak olduğu bildirilib.
Təcili yardım xidmətindən məlumat verən bir mənbə “Bütün ekipaj üzvləri həlak oldu” – deyib.
Daha sonra bu məlumat Rusiya Səhiyyə Nazirliyinin regional idarəsində də təsdiqlənib. Texniki
uçuş həyata keçirən An-26 təyyarəsi dünən radarlardan itmişdi.
Təyyarədə altı ekipaj üzvü olub.
Eastnews