Rusiyada sərnişin avtobusu minik maşını ilə toqquşub, 4 nəfər ölüb

Rusiyada sərnişin avtobusu minik maşını ilə toqquşub, 4 nəfər ölüb

Rusiyanın Krasnoyarsk diyarının cənubunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

APA Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Avtobusda 15 nəfər olub, onlardan 3-nə tibbi yardım göstərilib.

Hadisənin təfərrüatları və səbəbləri araşdırılır.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =