Rusiyada tikinti materialları bazarı yanır

Rusiyada tikinti materialları bazarı yanır

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixa şəhərində “Stroytrakt” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının sahəsi 350 kvadratmetrdir.

Hadisə ilə bağlı regional Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsinə 45 nəfər canlı qüvvə və 14 texnika cəlb olunub.

Məlumata görə, əvvəlcə ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə tikinti materialları yanıb, daha sonra yanğın binanın birinci mərtəbəsinə keçib.

Yanğına üçüncü mürəkkəblik dərəcəsi verilib. Daha sonra ziyarətçilər və işçilər binadan təxliyə edilib. Fövqəladə Hallar Xidmətindən tass-a bildirilib ki, binanın mühafizəçisi xəsarət alıb. Onun səhhəti barədə məlumat verilmir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 3 =