Rusiyada Üç Günlük Matəm: Bryansk Qatar Qəzası Ölkəni Sarsıtdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Bu gün Rusiyanın Bryansk vilayətində baş verən ağır qatar qəzası ölkə gündəminə sarsıdıcı şəkildə daxil olub. Vıgoniçskiy bölgəsində bir avtomobil körpüsü Klimov–Moskva marşrutu üzrə hərəkətdə olan sərnişin qatarının üzənərinə çöküb.
Hadisə nəticəsində ən azı 7 nəfər həyatını itirib, 73 nəfər yaralanıb. Yaralılar arasında 6 aylıq bir körpənin vəziyyəti olduqca ağırdır. Rusiya Fövqəladə Hallar Nazirliyi və xilasetmə briqadaları dağıntılar altında qalan insanları xilas etmək üçün intensiv iş aparır.
Bryansk qubernatoru Aleksandr Boqomaz qəzanın nəqliyyat infrastrukturuna edilən qanunsuz müdaxilə nəticəsində baş verdiyini açıqlayıb. İlkin ehtimallara görə, körpünün sütunları qəsdən partladılıb, lakin hadisənin terror və ya diversiya aktı olub-olmaması hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün 180 nəfərlik heyət və 60 texnika cəlb olunub. Evakuasiya edilən sərnişinlər üçün müvəqqəti sığınacaq məntəqələri təşkil edilib.
Bu hadisə, Rusiyanın son illərdə yaşadığı ən ağır dəmir yolu qəzası kimi qiymətləndirilir. Rəsmi qurumlar qəzanın səbəblərini araşdırmağa davam edir. Ölkədə üç günlük matəm elan edilib.