Rusiyada xaos: “Vaqnerçi”lərlə səhv saldılar, bir ailəni güllələdilər

Rusiyada xaos: “Vaqnerçi”lərlə səhv saldılar, bir ailəni güllələdilər

Publika.az xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələri məlumat yayıb. Deyilənə görə, hərbçilər onları “Vaqnerçi”lərlə səhv salıblar, amma əslində onlar ailə olublar.

Kişi (sürücü) yerindəcə keçinib, həyat yoldaşı və qızı ağır güllə yaraları alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Voronejdə neft anbarında baş verən yanğınla bağlı Rusiya mətbuatı da məlumat yayıb. Məlumata görə, Roqaçevka kəndində “vaqnerçi”lərlə Müdafiə Nazirliyinin qüvvələri arasında döyüşlər başlayıb. Yerli sakinlər kəndi tərk etməyə tələsir.

Partlayışın baş verdiyi yerli neft anbarının yaxınlığında “Vaqner” yaraqlıları görünüb. Ərazidə helikopterlərin də olduğu bildirilir.

Eyni zamanda, Rusiya teleqram kanalları Voronej vilayətində “vaqnerçi”lərin hücuma məruz qaldığını və cavab olaraq hücum edən vertolyotu vurduqlarını bildirir.

Yevgeni Priqojinə yaxın Telegram kanalı “Vətəndaş müharibəsi rəsmən başlayıb” deyir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =