Rusiyadan DƏHŞƏTLİ SİLAH: kosmosdakı hədəfləri belə VURACAQ

Rusiyadan DƏHŞƏTLİ SİLAH: kosmosdakı hədəfləri belə VURACAQ

Rusiyanın ən qabaqcıl müdafiə sistemlərindən ilki olan “S-550″nin dövlət sınaqları tamamlandıqdan sonra istifadəyə verilib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“S-550 hava hücumundan müdafiə sistemi dövlət sınaqlarını uğurla başa çatdırıb. İlk “S-550″ briqadası döyüş növbətçiliyinə başlayıb”, – Rusiya Müdafiə Nazirliyinə yaxın olan adı açıqlanmayan mənbə bildirib.

“S-550” kosmosdakı hədəfləri də vura bilər

Mənbə yeni sistemi kosmik gəmiləri, ballistik raketləri, on minlərlə kilometr yüksəklikdəki hipersəs hədəfləri vurmağa qadir olan tamamilə yeni və bənzərsiz mobil strateji raketdən müdafiə sistemi kimi təsvir edib.

Agentliyin məlumatına görə, rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.

Bildirilib ki, Müdafiə naziri Sergey Şoyqu noyabrın 9-da nazirliyin iclaslarında, Prezidenti Vladimir Putin isə noyabrda Soçidə keçirilən müdafiə sənayesi toplantılarında S-350, S-500 və S-550 hava və raket sistemlərini vurğulamışdı.

“Rostech” dövlət texnologiya şirkətinin prezidenti Sergey Çemezov “Dubai Airshow 2021” sərgisində bildirib ki, “S-550 “daha uzun mənzilli hədəf aşkarlama və raket əleyhinə qabiliyyətə malik olacaq.

Daha əvvəl agentliyə danışan Rusiya Müdafiə Nazirliyinə yaxın bir mənbə, “S-550″nin Sovet dövründən qalma bir layihəni canlandırmaq cəhdi olmadığını və sistemin inkişaf etdirilməsi zamanı əvvəllər tətbiq edilməyən bəzi konsepsiyaların istifadə edildiyini iddia edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 9 =