Rusiyanı bu cür məhv etmək istəyirlər – Çörçillin planı
.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri serb rejissoru Emir Kusturiça “İzvestiya” qəzetinə danışarkən bildirib.
“Mən davamlı müharibələrin olduğu bir dünyada böyümüşəm – Vyetnam, İraq, Suriya, Əfqanıstan, Liviya… Bütün bunların məqsədi rusları və serbləri yer üzündən silməkdir. Bu onların əsas məqsədidir”, – rejissor bildirib.
Amerikalıların öz planlarını reallaşdırmaq üçün məhdud nüvə müharibəsi aparmağa hazır olduğunu deyən məşhur rejissor sözlərinə sübut kimi Qərb liderlərinin Rusiyanı Sovet İttifaqı dövründə məhv etmək niyyətini göstərib:
“1947-ci ildə Çörçill və Trumenin bir planı müxtəlif şifrələr altında gizlədilib. Bu plana əsasən Sovet İttifaqını dağıtmaq niyyətində idilər. NATO-nun iştirakı ilə nüvə zərbələri endirib, son nəticədə Rusiyanı məhv etmək istəyirdilər. Məsələ mədəniyyətin yox, bütöv bir xalqın ləğvindədir. Rusiya buna hazır olmalı və gələcəkdə özünü qorumaq üçün addımlar atmalıdır” .
Publika.az