Rusiyanın 1 təyyarəsi, 4 İHA-sı və 2 qanadlı raketi vurulub – RƏSMİ

Rusiyanın 1 təyyarəsi, 4 İHA-sı və 2 qanadlı raketi vurulub – RƏSMİ

Ukrayna qırıcıları dünən Rusiya ordusunun 7 hava hədəfini vurub, texnika dəstələrinə və canlı düşmən qüvvələrinə sarsıdıcı zərbələr endiriblər.

Lent.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 21-də yerli vaxtla saat 06.00-a olan operativ məlumatında bildirilib.

Rusiya ordusunun 1 təyyarə, 4 İHA və 2 qanadlı raketinin vurulduğu qeyd olunur.

Bundan əlavə, qeyd olunur ki, bombardmançı və yerüstü hücum təyyarələri texnika və Rusiya ordusunun canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilib.

Baş Qərargahdan qeyd edilib ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin bildirilib ki, Rusiya ordusu yerli əhaliyə qarşı terror törətməkdə, müvəqqəti işğal olunmuş əraziləri talan etməkdə davam edirlər.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + two =