Rusiyanın Beloqorod şəhərində irimiqyaslı YANĞIN
Publika.az xəbər verir ki, bu barədə “Strana Today” məlumat yayıb.
“Telegram” kanallarında yayılan videoda şəhərdəki yanğın əks olunub.
Kanallar yanğının 300 kvadratmetr ərazini əhatə etdiyini təxmin edir. Lakin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yanğının sahəsinin 150 kv.m olduğunu dəqiqləşdirib.
Administrasiyanın rəhbəri Anton İvanov rayon mərkəzinin sakinlərini sakitləşdirməyə çağırıb.
“Depo yaxınlığındakı İndustrialnaya küçəsində qamışlıqlar yanıb. Yanğınsöndürənlər hadisə yerindədir, vəziyyət nəzarətdədir. Narahat olmayın”, – mer deyib.
Publika.az