Rusiyanın bu addımı Avropanı DƏHŞƏTƏ GƏTİRDİ: 10-dan çox ölkə…

Rusiyanın bu addımı Avropanı DƏHŞƏTƏ GƏTİRDİ: 10-dan çox ölkə…

Publika.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, 10-dan çox Avropa dövləti Rusiyanın açıq-aşkar cavabının onların iqtisadiyyatlarına böyük ziyan vuracağından qorxur.

“Avropalılar başa düşürlər ki, mavi yanacağın qiymətlərinin süni şəkildə məhdudlaşdırılması Rusiya Federasiyasının sadəcə olaraq belə qaz ultimatumunu dəstəkləyən ölkələrə öz enerji resurslarını verməkdən imtina etməsinə gətirib çıxaracaq” – URA.RU internet nəşri yazır.

“Financial Times” jurnalının ekspertlərinin fikrincə, azı 10 Avropa ölkəsi limitlərin tətbiqi halında mavi yanacaqsız qalacaqlarından ehtiyat etdiyini bildirib. Qeyd olunur ki, xüsusilə Polşa, İtaliya və Yunanıstan bu təşəbbüsə qəti şəkildə qarşı çıxır.

“Bu dövlətlərin ekspertləri başa düşürlər ki, Rusiyanın onlara mavi yanacaq verməkdən imtina etməsi nə ilə nəticələnə bilər. Bir çox avropalı biznesmenləe və sadə insanlar Rusiyanın enerji resurslarından çox asılıdır” – deyə məlumatda vurğulanıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =