Rusiyanın enerji resurslarından silah kimi istifadəsi ciddi nəticələrə səbəb olacaq -Ağ Ev

Rusiyanın enerji resurslarından silah kimi istifadəsi ciddi nəticələrə səbəb olacaq -Ağ Ev

Rusiyanın enerji resurslarından silah kimi istifadə etməsi Avropanın başqa ölkələrdən yanacağın almasını sürətləndirəcək və ciddi nəticələrə gətirib çıxaracaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dalip Sinqh bildirib.

Qeyd edək ki, D. Sinqh eyni zamanda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin qlobal iqtisadiyyat məsələlərini kurasiya edən müavinidir.

“Biz çox aydın şəkildə deyə bilərik ki, Prezident Putin enerjidən silah kimi istifadə edərsə, bunun böyük nəticələri olacaq və yalnız Avropanın diversifikasiyasını və Rusiya enerji daşıyıcılarından uzaqlaşmasını sürətləndirəcək”, – Sinqh qeyd edib.

Onun sözlərinə görə, ABŞ Avropaya tədarükü məsələsində dünyanın əsas enerji resurslarının istehsalçıları ilə sıx əməkdaşlıq edir. Onlardan bəzilərinin dünya enerji bazarlarına tədarükləri təmin etmək və hər hansı təchizatın pozulması halında bazarı tarazlaşdırmaq üçün ehtiyatları var.

D. Sinqh vurğulayıb ki, ehtiyatlardan neftin çıxarılması və hasilatın artırılması kimi kollektiv səylər Rusiya Federasiyasına qarşı sanksiyalara baxmayaraq, “qara qızıl”ın qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − six =