Rusiyanın Müdafiə naziri: Nüvə qüvvələrinin hərbi hazırlığı Putinin göstərişi ilə başlayıb

Rusiyanın Müdafiə naziri: Nüvə qüvvələrinin hərbi hazırlığı Putinin göstərişi ilə başlayıb

Rusiyanın Müdafiə naziri Rusiya Prezidenti Vladimir Putinin əmrindən sonra ölkənin strateji qüvvələrinin öz vəzifələrinin icrasına başladığını açıqlayıb.

Xəbər mənbələrinə görə, Rusiya Müdafiə naziri Tehran vaxtı ilə bu gün günorta (bazar ertəsi) elan edib: “Prezidentin sərəncamı ilə strateji (Atom) Raket Qoşunlarının, Şimal Donanmasının və Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanlığı Uzaqmənzilli Hava Komandanlığının gücləndirilmiş şəxsi heyəti ilə birgə hərbi hazırlığa başlayıblar.”

Bazar günü Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə etmək üçün müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Gerasimovla görüşüb.

O, Rusiya Müdafiə Nazirliyinə nüvə çəkindirmə vasitələrini hazır vəziyyətə gətirməyi əmr edib. Rusiyanın üçlü nüvə qüvvələrinə portativ yer-hava raketləri, nüvə silahı olan gəmilər və nüvə raketləri olan təyyarələr daxildir.

Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda Rusiyanın üçlü nüvə qüvvələrinin iştirakı ilə strateji çəkindirmə təlimi keçirib. Təlimlərə Pprezident Vladimir Putin və Rusiya Silahlı Qüvvələrinin komandanı rəhbərlik edib və qitələrarası ballistik raketlər və qanadlı raketlər buraxılıb.

Rusiyanın Ukrayna ilə münaqişəsindən sonra ABŞ başda olmaqla Rusiya ilə Qərb arasında gərginlik artıb və NATO Şərqi Avropadakı qüvvələrini gücləndirməkdədir.

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı səhər saatlarından etibarən Ukraynaya hərbi zərbə endirmək əmri verib. Moskvanın bu addımı Ukraynanın şərqindəki Donetsk və Luqansk Respublikalarının müstəqilliyini tanıdıqdan bir neçə gün sonra atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 20 =