Rusiyanın müdafiə naziri nüvə silahından istifadəni istisna etməyib

Rusiya Belarusa yönələn aqressiya səbəbindən nüvə silahından istifadə oluna bilər.
Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov hər iki ölkənin Müdafiə nazirliklərinin Minskdəki kollegiya iclasında deyib.
O həmçinin ölkəsi ilə Belarus arasında İttifaq dövləti çərçivəsində tərəfdaşlığı xatırladıb. Rusiyanın yenilənmiş nüvə siyasətini şərh edən A.Belousov əlavə edib ki, bunu qlobal səviyyədəki reallıqlar tələb edir:
“Dünyada hərbi-siyasi reallıqlar dəyişib. Rusiya da öz siyasətini buna müvafiq olaraq həyata keçirir. Belə olan şəraitdə Belarusa qarşı istənilən hərbi aqressiya cəhdinə nüvə silahı ilə cavab veriləcəyini istisna etmirik”.