Rusiyanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilib
Rusiyanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, onu bu vəzifədə general-polkovnik Mixail Mizintsev əvəz edəcək.
Report.az