Rusiyanın nüvə sualtı qayığı ABŞ sahillərində göründü

Rusiyanın nüvə sualtı qayığı ABŞ sahillərində göründü

Xəbər mənbələri ABŞ sahillərində Rusiyanın nüvə sualtı qayığının görünməsi barədə məlumat yayıb.

16 ədəd “Bulava” ballistik raketi daşıyan Rusiya nüvə sualtı qayığının ABŞ sahillərində gözlənilmədən görünməsi Vaşinqtonda ciddi narahatlığa səbəb olub.

 “Pravda” qəzetinin yazdığına görə, Rusiyanın “Klas Berri” sualtı qayığı xəbərsiz ABŞ sahillərinə yaxınlaşıb.

 Sualtı qayıq 160 nüvə başlığı daşıyır və Rusiya qəzetinin yazdığına görə, bir neçə dəqiqə ərzində ABŞ ərazisinin çox hissəsini məhv etmək iqtidarına malikdir.

 “Pravda” qəzeti sualtı qayığın ABŞ-ın hansı sahillərinə yaxınlaşdığını göstərməyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, Rusiya Kuba və ya Venesuelada hərbi-dəniz bazaları tikməyə qərar verərsə, Rusiyanın nüvə sualtı qayıqları ABŞ sahillərində daimi patrulluq edə biləcək.

ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gərginlik son aylarda kəskin şəkildə artıb. Ukrayna iddia edir ki, Rusiya öz sərhədləri yaxınlığında qoşun toplamaqla hərbi hücuma hazırlaşır. Moskva ittihamları rədd edib.

Rusiya ilə Qərb arasında gərginliyin artması ilə bağlı bu ayın əvvəlində ABŞ və Rusiya, eləcə də Moskva və NATO üzvləri arasında görüşlərin keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + seventeen =