“Rusiyanın “Oreşnik” raketi haqqında nələr bəllidir?” – Pentaqondan açıqlama

“Rusiyanın “Oreşnik” raketi haqqında nələr bəllidir?” – Pentaqondan açıqlama

“Bu, Rusiyanın “Rubej” qitələrarası ballistik raketi əsasında yaradılan orta mənzilli ballistik raketdir…”

Rusiyanın Ukraynaya Dnepr şəhərinə zərbə üçün istifadə etdiyi “Oreşnik” raketi Rusiyanın RS-26 “Rubej” raketinin əsasında yaradılıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Sabrina Sinqh bəyan edib.

O, qeyd edib ki, Moskva bu barədə nüvə risklərinin azaldılması kanalları vasitəsilə Vaşinqtonu öncədən məlumatlandırıb.

“Mən Rusiyanın həqiqətən orta mənzilli sınaq ballistik raketini buraxdığını təsdiq edə bilərəm. Bu ballistik raket Rusiyanın RS-26 “Rubej” qitələrarası ballistik raketinin modeli əsasında yaradılıb”, – Sabrina Sinqx qeyd edib.

O, bəyan edib ki, Ukrayna və tərəfdaşlarını Rusiyanın belə hücuma hazırlaşdığı barədə xəbərdarlıq edilib. O, əmin edib ki, belə hərəkətlər Amerikanın Ukraynaya dəstəyinin davam etdirilməsinə təsir göstərməyəcək.

Analitiklər qeyd edir ki, indiyədək Rusiyanın “Oreşnik” adlı raketi barədə açıq şəkildə danışılmayıb. Bu raket, ehtimal ki, silahlanmaya 2017-2018-ci ildə daxil edilib, amma kütləvi şəkildə istehsalı həyata keçirilməyib.

“İstisna edilmir ki, “Oreşnik” işçi sənədləşmədə “məmulat” adı ilə RS-26 “Rubej” raketini nəzərdə tutub. Rusiya hərbi-sənaye kompleksi üçün belə “ikili adlar” adi hal alıb”, – ekspertlər deyir.

Məsələn, “Defence Express” “X-101” qanadlı raketinin rusiyalıların “504 nömrəli məmulat” adlandırdığını misal gətirir. Hərçənd, praktikada “X-101 indeksi”ndən istifadə edilir.

“Oreşnik” adından istifadə etməklə Kreml açıq-aşkar Qərb ölkələrinə psixoloji təsir göstərmək, Rusiyanın sərəncamında bəlli olmayan raketlərin olduğu təəssüratını yaratmaq, bununla da öz növbəsində sivil dünyanı qorxuya salmaq məqsədini daşıyır”, – analitiklər əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =