Rusiyanın Polşaya təcavüz etdiyi təqdirdə ABŞ bu ölkəni dəstəkləyəcək

Rusiyanın Polşaya təcavüz etdiyi təqdirdə ABŞ bu ölkəni dəstəkləyəcək

Rəsmi Vaşinqton Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi kontekstində şərq cinahdakı NATO müttəfiqlərinə dəstək verməyə hazırdır.

SalamNews xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“ABŞ-ın NATO-nun Nizamnaməsinin 5-ci maddəsinin tətbiqini dəstəklədiyini təsdiq edir və və ABŞ şərq cinahdakı müttəfiqlərinə ölkələrini müdafiə etmək üçün kömək etməyə hazırdır”-  bu barədə Ağ Ev rəsmisi  və Polşa Prezidenti yanında Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox  arasında keçən telefon söhbətində müzakirə olunub.

Ağ Evdən bildirilib ki, tərəflər “Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünü artırması ilə bağlı fikir mübadiləsi aparıb və diplomatik səylərdə müttəfiqlərin birliyinin vacibliyini təsdiqləyib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 5 =