Rusiyanın “Rosvoorujeniye” şirkətinin keçmiş direktorunun meyiti mənzilində aşkarlanıb

Rusiyanın “Rosvoorujeniye” şirkətinin keçmiş direktorunun meyiti mənzilində aşkarlanıb

Rusiyanın “Rosvoorujeniye” dövlət şirkətinin keçmiş direktoru Aleksey Oqaryovun meyiti Moskva vilayətindəki mənzilində aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı “Rosbolt” yayıb.

Məlumata görə, 64 yaşlı siyasətçinn meyiti Moskva vilayətinin Odintsovo qəsəbəsindəki evində aşkar edilib.

Aleksey Oqaryev 1999-2000-ci illərdə “Rosvoorujeniye” şirkətinə rəhbərlik edib. O, Rusiyanın ATƏT-dəki nümayəndəsi, Rusiya Prezidenti Administrasiyasının başçısı və Təhlükəsizlik Şurası katibinin müavini vəzifələrində çalışıb.

Oqaryev Rusiyanın ilk prezidenti Boris Yeltsinin kürəkəni Aleksey Dyaçenko ilə bir yerdə oxuyub.

Qeyd edək ki, bu günlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin general-mayoru Lev Sotskovun da meyiti evində aşkarlanmışdı.

Xatırladaq ki, “Rosvoorujeniye” ilə “Promeksport” birləşdikdən sonra şirkət “Rosoboroneksport” adlanır. “Rosoboroneksport” Səhmdar Cəmiyyəti Rusiyanın dövlət şirkətidir. Şirkət ölkədə hərbi və ikili istifadə üçün bütün son məhsulları, texnologiya və xidmətlərin ixracı, idxalı üzrə yeganə dövlət vasitəçisidir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =