Rusiyanın “S-400” və “İsgəndər” hazırlanan mərkəzində yanğın söndürülüb

Rusiyanın “S-400” və “İsgəndər” hazırlanan mərkəzində yanğın söndürülüb

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın aprelin 22-də söndürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyininin yerli idarəsi bildirib.

Məlumata görə, Mərkəzin yanması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 24 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyətinin ağır olduğu bildirilib.

Hazırda yanğının dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =