Rusiyanın tutmaq istədiyi ölkələrin SİYAHISI

Rusiyanın tutmaq istədiyi ölkələrin SİYAHISI

Publika.az xəbər verir ki, bu barədə amerikalı diplomat Robert Pirson “The Hill”də dərc olunan məqaləsində bildirib.

Diplomatın sözlərinə görə, Vladimir Putin Rusiya imperiyası sərhədlərini bərpa etməyə çalışır. Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır.

Pirson qeyd edib ki, Putinin potensial qurbanlar siyahısına təkcə Estoniya, Latviya  və Litva deyil, həm də Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir.

“Biz bilirik ki, Putin sağ qalsa, Rusiyanın Qərbdə hərbi mövcudluğunu mümkün qədər artırmaq üçün əlindən gələni edəcək. O, Minski Moskvaya daha çox tabe olmağa və Suriya və Qazaxıstanda olduğu kimi, Rusiya qoşunlarının mövcudluğunu başqa ölkələrdə də bərpa etməyə çalışacaq. Putin NATO ölkələri, Polşa və Almaniya üçün qorxuducu vasitə kimi Kalininqradda və Rusiyanın Baltikyanı sərhədləri boyunca fəaliyyətini artıracaq”, – diplomat bildirib.

Pirson qeyd edib ki, Rusiya prezidenti Ukraynada dondurulmuş münaqişənin yaradılmasında maraqlıdır. Diplomat hesab edir ki, NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Eyni zamanda o vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, “müdafiədə oynamaq” kifayət deyil.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 14 =