Rusiyanın xarici kəşfiyyat xidməti ABŞ-ın Belarusiyadakı iğtişaşlarda əsas rol oynadığını təsdiqlədi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Rusiya xarici kəşfiyyat xidməti verdiyi bir açıqlamada Vaşinqtonun Belarusiyada iğtişaşlar və etirazlar yaratmaq üçün təxminən 20 milyon dollar xərclədiyini açıqlayıb.
Rusiyanın xarici kəşfiyyat xidməti verdiyi açıqlamada ABŞ-ın Belarusiya hadisələrində “əsas rol” oynadığını söylədi.
Sputnik-in verdiyi məlumata görə, ABŞ 2019 və 2020-ci illərdə Belarusdakı etiraz aksiyalarına QHT-lər vasitəsi ilə təxminən 20 milyon dollar xərcləyib və iğtişaşlar başladığı andan Belarusiya hökuməti əleyhinə qüvvələrinə dəstəyini artırıb
“Bu hadisələr Qərbin izlərini açıq şəkildə göstərir.” – deyə rəsmi açıqlamada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin bildirib. Etirazlar əvvəldən yaxşı təşkil edilmiş və koordinasiya olunmuşdur. Belarusiya Prezidenti Aleksandr Lukaşenkonun 80 % səslə qalib gəlməsi ilə nəticələnən Prezident seçkilərindən sonra, Belarusiyada davam edən bir etiraz dalğası başladı.
Belarusdakı etirazlara toxunan Lukaşenko bu yaxınlarda etirazların xaricdən gəldiyini və məqsədin Rusiya ilə Avropanın digər bölgələri arasında bufer zona yaratmağı hədəf aldığını vurğuladı.