Rusiyaya BÖYÜK ŞOK: 15 milyon dollarlıq “Pantsir” kompleksi qənimət götürüldü – VİDEO

Rusiyaya BÖYÜK ŞOK: 15 milyon dollarlıq “Pantsir” kompleksi qənimət götürüldü – VİDEO

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası videokadrlar yayımlayıb.

Bildirilib ki, “Pantsir-S1” zenit-raket kompleksi Ukraynadakı ərazi özünümüdafiə dəstələri tərəfindən Nikolayev vilayətinin Baştanka yaşayış məntəqəsi yaxınlığında qənimət götürülüb.

Ukraynalı döyüşçülərin sözlərinə görə, rus əsgərləri texnikalarını atıb qaçıblar. Bunu kadrlardan da görmək mümkündür.  Belə ki, Rusiya ordusunun kalonu tərk edilmiş haldadır və “Pantsir-S1” zenit-raket kompleksi ilə yanaşı rabitə avtomobili və daha bir neçə texnika salamat halda yolda qalıb.

Qeyd edək ki, “Pantsir-S1” kompleksinin dəyəri 15 milyon dollardır. Bundan əvvəl də ukraynalı kəndlilər “Pantsir” texnikasını ələ keçirmişdilər və onun nə işə yaradığını anlamadıqlarından od vurub yandırmışdılar.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =