Rusiyaya EMBARQO ZƏRBƏSİ: “Vəziyyət daha az “çəhrayı” görünür”

Rusiyaya EMBARQO ZƏRBƏSİ: “Vəziyyət daha az “çəhrayı” görünür”

Rusiya Aİ-nin neft embarqosunun nəticələrini həqiqətən yalnız gələn il hiss edəcək. 2022-ci ildə Birlik planı yerinə yetirməyə və Rusiya qara qızılının tədarükünün 75%-ni kəsməyə nail olsa belə, Rusiya Federasiyasının xarici hesabları və büdcəsi hələ də möhkəm mövqeyini qoruyacaq və ticarət balansı 250 milyard dollardan yuxarı olacaq. Lakin 2023-cü ildə ölkə 30-50 milyard dollar itirə bilər.

Publika.az “İnterfax”a istinadla xəbər verir ki, bunu “BCS Global Markets”in baş iqtisadçısı Natalya Lavrova proqnozlaşdırır.

Ötən həftə Aİ nəhayət, altı aydan sonra dəniz yolu ilə idxal edilən Rusiya neftinin idxalına qadağa və səkkiz aydan sonra Rusiya neft məhsullarından imtinanı ehtiva edən altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Son ticarət məlumatlarına görə, Aİ-nin payına Rusiya neftinin və neft məhsullarının təxminən 50%-i düşür ki, bu da Aİ-ni Rusiyanın əsas ixrac gəlir mənbəyinə çevirir.

“BCS Global Markets”in məlumatına görə, 2022-ci ilin birinci rübündə Aİ-nin Rusiya neft ixracında payı hətta 55%-ə qədər artıb, lakin mart-aprel aylarında Rusiyadan Avropaya qara qızıl tədarükü 20% azalıb. Analitik hesab edir ki, Rusiyanın hələ də öz neftinin ixracı üçün yeni istiqamətlər tapmaq şansı var, lakin neft embarqosunun tətbiqindən sonra bu iş çətinləşəcək.

Güman edilir ki, embarqon Rusiyada neft hasilatının azalmasına gətirib çıxaracaq ki, bu da dünya bazarlarında qiymətlərin bahalaşması ilə qismən kompensasiya edilir. Ekspert qeyd edir ki, “Urals”ın qiyməti bir barel üçün 105 dolları keçərsə, qiymət effekti 2022-ci ildə həcm itkisini tam kompensasiya edəcək, lakin 2023-cü ildə vəziyyət daha az “çəhrayı” görünür.

Onun sözlərinə görə, hasilatın 30% azalması (350 milyon tona qədər) və “Urals” neftinin dəyərinin 80 dollar/barel olması kimi əlverişsiz ssenaridə 2023-cü ildə büdcə gəlirləri büdcə qanununda nəzərdə tutulandan 50 milyard dollar az ola bilər. Əgər “Urals” 1 barelə görə 110-a qədər bahalaşarsa, itkilər 30 milyard dollar təşkil edəcək.

“Rusiyanın neft gəlirlərindən (büdcə gəlirlərinin 40%-i qazdan 12%-ə qarşı) asılılığını nəzərə alsaq, 2023-cü ildə Rusiyanın büdcə mövqeyi risk altında ola bilər”, – Lavrova bildirib.

Publika.z

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =