Russia Today: İsrail qalib gələ bilməyəcəyi müharibənin içindədir

Russia Today: İsrail qalib gələ bilməyəcəyi müharibənin içindədir

Russia Today xəbər verib: İsrail HƏMAS qüvvələrini məğlub etdiyini iddia etsə də, faktlar bunun əksini göstərir və İsrail qalib gələ bilməyəcəyi bir müharibənin içindədir.Russia Today xəbər kanalı öz hesabatında “HƏMAS-ın heç vaxt bu qədər güclü olmadığını” vurğulayaraq qeyd edib:
“İsrail hərbi qüvvələri aprel ayına qədər HƏMAS və müttəfiqlərinə aid bir neçə obyekt və hərbi bazanı hədəfə alıb və Tel-Əviv iddia edir ki, minlərlə HƏMAS üzvü öldürülüb, lakin ekspertlər əmindirlər ki, bu tədbirlər 2007-ci ildən Qəzzəyə nəzarət edən HƏMAS-ın kökünü kəsə bilməyəcək…”

Qaniçən sionist rejimin baş naziri Benyamin Netanyahu bazar ertəsi Milli Müdafiə Kollecinin tələbələrinin toplantısında iddia edib: “Biz HƏMAS-ın məhv edilməsi mərhələsinə doğru irəliləyirik. Yerin üstündə və altındakı nailiyyətlərimiz, komandirlərin döyüş ruhu məni çox heyran edir…”

Qeyd edək ki, sionist rejim ordusundakı əksər generallar artıq Qəzza müharibəsinə son verilməsini və İsrail hərbçilərinin bu əməliyyatlarda məhv edilməsinin qarşısının alınmasını tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =