Rüsvayçılıq ardınca rüsvayçılıq: Böyük Britaniyanın hakim partiyası nümayəndəsinin zorlamada şübhəli bilinərək həbsi

Rüsvayçılıq ardınca rüsvayçılıq: Böyük Britaniyanın hakim partiyası nümayəndəsinin zorlamada şübhəli bilinərək həbsi

Britaniya Parlamentində Böyük Britaniya Baş Nazirinin həmkarı cinsi təcavüz ittihamı ilə həbs edilib.

Britaniya Parlamentində Britaniya Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvünün pornoqrafik filmlərə baxmaq qalmaqalına görə istefasından 17 gün keçməmiş, daha bir partiya üzvü millət vəkilinin zorlama ittihamı ilə həbs olunması xəbər manşetlərinə düşüb.

Britaniya mətbuatının məlumatına görə, parlamentdəki Britaniya Mühafizəkarlar Partiyasının üzvü olan orta yaşlı bir kişi zorlama ittihamı ilə həbs edilib və İcmalar Palatasına girişi qadağan edilib.

“The Guardian”ın məlumatına görə baş naziri və Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Boris Consonun partiya həmkarı “zorlama, cinsi təcavüz, mövqeyindən sui-istifadə və pis davranış” ittihamları ilə üzləşib.

Bu məşhur ingilis mediası yazıb: “Mühafizəkar deputatın bazar ertəsi (bu həftə) zorlama da daxil olmaqla, ciddi cinsi cinayətlərdə şübhəli bilinərək həbs edilməsi Boris Consonun partiyasında yeni qalmaqal yaradıb.”

Metropoliten polisi iki illik araşdırmadan sonra bir adamın adını çəkmədən həbs olunduğunu təsdiqləyib və bildirib ki, cinayətlər 2002-2009-cu illər arasında baş verib. Metropoliten polisinin bəyanatında deyilir: “50 yaşlı kişi zorlama, cinsi təcavüz, dövlət vəzifəsində sui-istifadə etmədə şübhəli bilinərək həbs edilib. O, hələ də həbsdədir.”

“The Guardian” yazır: “Bu cinayətlərin Londonda baş verdiyi deyilir. Mərkəzi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının rəhbərliyi ilə istintaq davam etdirilir.”

Guardian mənbələrinin məlumatına görə, bu qanun pozuntularının bəziləri parlamentdə baş verib. Bu yaxınlarda Britaniya deputatının cinsi təcavüz ittihamı ilə həbs olunması Xarici İşlər Naziri Liz Terrasın da reaksiyasına səbəb olub.

Terras deyib: “Eşitdiyim hesabatlardan çox, çox narahatam. Aydındır ki, bu, polisin üzərinə düşür. Həqiqətən, bir millət vəkilinə qarşı səslənən şok ittihamlar narahatlıq doğurur.”

İngilis Sunday Times daha əvvəl xəbər vermişdi ki, Britaniya parlamentinin 56 üzvü ədəbsiz sözlərdən tutmuş “daha ciddi cinayətlərə” qədər müxtəlif ittihamlarla üzləşib.

Hakim Mühafizəkarlar Partiyasının nümayəndəsinin həbsi partiyanın baş qanunvericisinin parlamentdə bu yaxınlarda istefa verməsinin böyük müzakirələrə səbəb olduğu bir vaxta təsadüf edir.

İcmalar Palatasının Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri üzrə Seçilmiş Komitəsinin sədri Neil Parish parlamentdə pornoqrafiya ilə bağlı qalmaqalla əlaqədar istefasına ilkin müqavimət göstərməsinə baxmayaraq, mayın 11-də istefa verməyə məcbur olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =