Ryabkov: İsrail nüvə obyektlərinə hücum barədə düşünməməlidir

 Rusiya xarici işlər nazirinin müavini İsrailin İranın nüvə obyektlərinə hücum barədə düşünməməsini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Sergey Ryabkov bu gün (17 oktyabr) deyib: Moskva İsraili İranın nüvə obyektlərinə hücum barədə düşünməmək barədə xəbərdarlıq edir.

Ryabkov  həmçinin vurğulayıb: Biz dəfələrlə xəbərdarlıq etmişik və İsrailə xəbərdarlığımız davam edir. Onlar İranın nüvə obyektlərinə və infrastrukturuna hücum ehtimalını hətta hipotetik olaraq nəzərə almamalıdır.

Rusiya xarici işlər nazirinin müavininin fikrincə, bu, fəlakətli inkişaf və nüvə təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud olan bütün prinsiplərin tamamilə inkarı olacaq.

İranın oktyabrın 1-də Doğru Vəd 2  əməliyyatını həyata keçirərək sionist rejimə raket cavabından sonra bu rejim Tehranı nüvə və neft obyektlərinə hücumla hədələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 9 =