Sədr hərəkatının lideri: Ümid edirik ki, Fələstin xalqının qiyamı sionistlərin sonunun başlanğıcı olacaqdır

Sədr hərəkatının lideri: Ümid edirik ki, Fələstin xalqının qiyamı sionistlərin sonunun başlanğıcı olacaqdır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Sədr hərəkatının lideri öz twitter səhifəsində Fələstin xalqının qiyamını dəstəklədiyini vurğulayan bir mesaj yayımlayıb.

“Mawazin News” xəbər agentliyinin məlumatına görə Müqtəda əs-Sədr deyib: “Bir çoxları Fələstin qiyamının dayanacağını proqnozlaşdırırdı, bu səbəbdən də ABŞ Qüdsü terrorçu sionistlərə satmaqda tələsdi, bəziləri isə qiyamın bitdiyini düşünərək sionist düşmənlə münasibətləri normallaşdırmağa başladılar.”

Sədr hərəkatının lideri belə davam edib: “Sionist düşməni çaşqınlığa saldığı və bütün dini, ictimai, beynəlxalq hüquq normalarından uzaqlaşdırdığı üçün Allaha şükür edirik. Ümid edirik ki, bu qiyamın atəşi bu düşmənin sonunun və bütün bölgədəki sabitliyin başlanğıcı olacaqdır.”

Müqtəda əs-Sədr Qəzzaya müraciət edərək deyib: “Səbirli olun və müqavimət göstərin! Zülmət gecə ötəcək və işğalçı məhv olacaqdır. Allah sizin yardımınızdadır və biz həmişə sizinləyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − 2 =