Səfir: İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir

İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir. İkitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
“Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”, – səfir İran dövlət televiziya və radio şirkətinə bildirib.