Səfir: “İsveçrə-Azərbaycan əməkdaşlığı inkişaf edir”

Səfir: “İsveçrə-Azərbaycan əməkdaşlığı inkişaf edir”

 “Beynəlxalq əməkdaşlıq İsveçrənin Azərbaycanla əməkdaşlığının əsas sütunudur”.

APA-nın xəbərinə görə bunu İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre “2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üzrə yeni İsveçrə Əməkdaşlıq Proqramı”nın təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Muriel Peneveyre İsveçrə və Azərbaycan arasında əməkdaşlığın fərqli istiqamətlər üzrə inkişaf etdiyini xatırladıb.

“İsveçrə və Azərbaycan arasında əlaqələr çox yaxşıdır və bu münasibətlər müxtəlif sahələri əhatə edir. Öncəliklə siyasi diplomatik əlaqələri qeyd etməliyəm. Əlaqələrimizi 1992-ci ildə qurulub növbəti il biz bu əlaqələrin 30 illiyini qeyd edəcəyik. Ölkələrimiz arasında ikitərəfli yüksək səviyyəli görüşlər keçirilir. Əlaqələrimizin digər aspekti iqtisadi əməkdaşlıqdır ki, bu ticarət və investisiyaları əhatə edir. Ticarət əlaqələrimiz, idxal və ixrac yüksək səviyyədədir, və bunu üçün potensial böyükdür.

Səfir qeyri-neft sektorunda Bakı ilə Bern arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu söyləyib.

İsveçrə və Azərbaycan arasında Ticarət və İqtisadi Əlaqələr üzrə Komissiyanın görüşü 2022-ci ildə Bakıda keçiriləcək. Qarşılıqlı investisiyalar mövcuddur və hər iki ölkə üçün faydalıdır. Qeyr-neft sektorunda İsveçrənin Azərbaycanda investisiyaları var və bu hər iki ölkəyə fayda verir. Əlaqələrimizin digər aspekti insanlar arasında əlaqələrdir və bu vacib komponentdir. Ötən yay Bakıda keçirilən Avropa çempionatını qeyd edə bilərəm, İsveçrənin iki oyunu Bakıda baş tutdu, İsveçrədən azarkeşlər Bakıya gəldi”.

Xarici diplomat Dünya Bankı və Beynəlxalq Valyuta Fondu xətti ilə əməkdaşlığı da vurğulayıb.

“Digər aspekt akademik səviyyədə əməkdaşlıqdır. İsveçrə hökuməti təqaüdlər təklif edir, bu təqaüdlər universiteti bitirmiş tədqiqatçıların ölkəmizdə tədqiqatını davam etdirməyə imkan verir. Dünya Bankında və Beynəlxalq Valyuta Fondunda əməkdaşlığımız var. İki ölkə Breten Vurst Qrupunda eyni qrupdadırlar. İsveçrə bu qruplarda və platformalarda Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. 2019-cu ildə biz İsveçrənin Azərbaycanda beynəlxalq əməkdaşlığının 20 illiyini qeyd etdik”.

Səfir humanitar sahədə İsveçrənin Azərbaycana verdiyi dəstəyi də xatırladıb.

“1999-cu ildə fəaliyyətimizə Azərbaycanda başlayanda biz humanitar sahəyə dəstəklə başlamışdıq. Xüsusilə məcburi köçkünlərə yardım sahəsini qeyd etməliyəm. Daha sonra bu əməkdaşlıq uzun müddətli sektorlara yönəldi, su idarəçiliyi, gənclər üçün təlimlər və s. 2010-2011-ci ildə Naxçıvanda 130 kəhrizin bərpasında 4 milyon İsveçrə frankı ilə dəstək verib. Daha sonralar biz iqtisadi texniki sahələrə dəstək verdik”.

Muriel Peneveyre son 22 ildə İsveçrənin Azərbaycana investisiya və maliyyə dəstəyinin həcminin 110 milyon ABŞ dolları təşkil etdiyini və bu vəsaitə 90 layihə icra olunduğunu qeyd edib.

apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − one =