Səfir: “Meksika və Azərbaycan indi daha yaxındır”

Səfir: “Meksika və Azərbaycan indi daha yaxındır”

Meksika 2014-cü ilin 1 oktyabrında Cənubi Qafqaz regionunda özünün ilk səfirliyini açıb.

Diplomatik nümayəndəliyin açılması hər iki ölkə arasındakı münasibətlərin inkişafına güclü təkan verib.

Son illərdə Meksika-Azərbaycan əməkdaşlığının sahələrində əhəmiyyətli yüksəliş müşahidə olunub: siyasət, iqtisadiyyat, ticarət, energetika, turizm, təhsil, mədəniyyət, idman, elm kimi sahələrdə. Hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr mexanizminin ikinci toplantısı, simvolik olaraq, Səfirliyin açılmasından iki il sonra, 2016-ci ildə baş tutub. Qarşılıqlı tanıtım və yaxınlaşma iqtisadi-ticari və sahibkarlıq əlaqələrini inkişaf etdirib: 2019-cu ildə ticarət mübadiləsi rekord göstəricini qeydə almışdır (52.4 milyon ABŞ dolları) və 2021-ci il üçün bu göstəricinin hətta daha yüksək olması gözlənilir.

Bu illər ərzində yalnız paytaxtda deyil, eyni zamanda ölkənin müxtəlif regionlarında keçirilimiş tədbirlər və fəaliyyətlər vasitəsilə Meksika mədəniyyəti Azərbaycan tamaşaçılarının ürəyinə yol tapmışdır: incəsənət sərgiləri, musiqi konsertləri, mili mətbəx təqdimatları, müxtəlif tematik festivallar çərçivəsində Meksika güşələrinin təşkil olunması və s. Heydər Əliyev Mərkəzinin mötəbər binasında Xorxe Marinin möhtəşəm heykəllərinin təqdimatı xüsusilə vurğulanır. Əsərlərdən dördü mədəni mərkəzin daimi kolleksiyası üçün saxlanılır və gələn qonaqları heyran etməkdə davam edir.

2020-ci ildə təhsil, elm, mədəniyyət və gənclər sahəsində əməkdaşlığa dair Hökümətlərarası Saziş qüvvəyə minmişdir. Hüquqi bazanın möhkəmlənməsi qarşılıqlı kəşf, təcrübə mübadiləsi, əlaqələrin inkişafı və Meksika ilə Azərbaycan arasında fiziki məsafəni dəf edərək hər iki ölkənin yaxınlaşması üçün yeni perspektivlər və imkanlar açıb.

Səfir Rodriqo Labardini ildönümü münasibətilə fikirlərini bölüşüb: “İkitərəfli münasibətlərin təməlini ticarət necə möhkəmləndirirsə, eləcə də mədəniyyət xalqlarımız arasında təbii şəkildə körpü rolunu oynayır. Bu gün biz qarşılıqlı tanıtım və daha sıx yaxınlaşmanı mümkün edən yolları və artım üçün sabit əsasın olmasını müşahidə edirik. Meksika və Azərbaycan – artıq daha yaxın”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 8 =