Səfirlik: Pakistan və Azərbaycan arasında mükəmməl əlaqələr var

Səfirlik: Pakistan və Azərbaycan arasında mükəmməl əlaqələr var

Pakistanın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulumasının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanat diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.

Bəyanatda bildirilib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

“Bu gün, iyunun 9-da Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulumasının 29-cu ildönümü tamam olur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda səfirliyi açılıb. 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının səfirliyi İslamabadda açılıb”, – sənəddə deyilib.

“İki qardaş ölkə kökləri ortaq mədəniyyətimizə, irsimizə və inancımıza çatan mükəmməl əlaqələrə malikdir”, – səfirlikdən qeyd edilib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − two =